Yeni televizor almaq ideyası əyləncəli olsa da, növbə seçim etməyə gələndə insanın fikri qarışır. Xüsusən Futbol üzrə Dünya Çempionatının başladığı vaxtda yüksək görüntü imkanlı, keyfiyyətli səs sistemli və müasir texnologiyaların tətbiq edildiyi televizor axtarışı daha da aktuallaşır.

Futbol, film və ya böyük ekranda oyun oynamaq həvəskarısınza, “Kontakt”la birlikdə bazarda mövcud olan ən yaxşı TV modellərinin siyahısını sizə təqdim edirik. Beləliklər, başlayaq:

LG NANOCELL – Bu modelin ən üst özəlliklərindən biri solğun rəngləri süzgəcdən keçirmək və RGB dalğa uzunluqlarında pozuntuları aradan qaldırmaq üçün nanohissəciklərdən, yəni LG NanoCell texnologiyasından istifadə etməkdir. Zərif və minimal dizaynı ilə göz oxşayan LG NanoCell televizorunu müasir sənət əsəri kimi divarınızdan asa bilərsiniz. Modelin ekranı o qədər incədir ki, istər kino, istər futbol, istərsə də digər məzmunları maksimum gerçəkliyi ilə yaşamaq şansınız var.

Sevdiyiniz komandanın matçı istədiyiniz nəticə ilə bitməyib? Heyfislənməyin, çünki bu TV PC oyunlarını birbaşa televizorunuza gətirən bulud oyun platforması olan “NVIDIA GeForce Now”u dəstəkləyir. Beləliklə müxtəlif cihazlarla əlaqə sayəsində oyunun gedişatını ürəyiniz istəyən kimi dəyişə bilərsiniz.

LG OLED TV: Dünyanın 1№-li OLED TV markası olan LG, 140 sm ekran diaqonallı versiyası ilə ümidlərinizi doğruldacaq. Belə ki, OLED televizorları yüksək səviyyəli rəng dəqiqliyi, maksimum kontrast, geniş baxış bucağı və bulanıq olmayan görüntünü təklif edən ən yaxşı texniki xüsusiyyətlərə malik TV seçimlərinin başında gəlir. LG OLED TV-lər funksionallığı ilə yanaşı həmçinin qeyri-adi nazik ekranları ilə də istifadəçiləri cəzb edirlər. “Dolbi Digital” səs sistemi sayəsində isə həm ən yavaş pıçıltıları, həm də ekrandan daşan partlayış effektlərini qulağınızın içində imiş kimi hiss edərək film kefini rejissorun istədiyi kimi yaşaya biləcəksiniz.

SAMSUNG NEO QLED: Bu televizordan gözlərinizi çəkmək çətin olacaq. Çünki 33 milyon piksel, UHD 4K keyfiyyətindən 4 dəfə yüksək ekran icazəsi Samsung NEO QLED televizorlarının əsas fərqini ortaya qoyur. Quantum 8K prosessoru ilə təchiz edilmiş televizorlar, istənilən məzmunu 8K keyfiyyətli miqyasa qədər yüksəltməyə qadirdirlər.

Q-simfoniyası Neo QLED-dəki dinamikləri birgə iş üçün səs paneli ilə sinxronlaşdırır. Bununla da evinizi ideal səsə malik konsert salonuna çevirə bilərsiniz.

Haqqında bəhs etdiyimiz televizorları “Kontakt” mağazalar şəbəkəsindən dekabrın 18-dək ilkin ödənişsiz, 18 aylıq faizsiz şərtlərlərlə əldə edə bilərsiniz.

Qeyd edək ki, noyabrın 27-sinədək “Kontakt”da “Böyük Cümə” kampaniyası çərçivəsində nağd alışda 70 %-dək olan ilin ən böyük endirimləri davam edir. Endirimli təklifləri 6 dəfəyədək daxili kredit, taksit kartları ilə 24 ayadək faizsiz hissələrə bölmək imkanı var.

Yenə də seçim etməkdə qərarsız qalmısınızsa, “Kontakt” ın sizə ən yaxın mağazasına gəlib təcrübəli satış məsləhətçilərinin tövsiyələrindən yararlana bilərsiniz.

İstinadlar Report