
Dünya Bankının sahibkarlar arasında keçirdiyi sorğunun cavabı ilə bağlı hesabatın bu ilin oktyabr ayında dərc edilməsi gözlənilir.
Bunu Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında bildirib.
O qeyd edib ki, sorğu ötən ilin dekabr ayında keçirilib.