Azərbaycanda tərəvəz istehsalını daha dayanıqlı etmək üçün təqribən 9 800 hektar sahədə istixanaların təkmilləşdirilməsinə 3,81 milyard ABŞ dolları investisiya yatırılması tələb edilir.

Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair “İqlim və İnkişaf Hesabatı”nda (CCDR) bildirilir.

Sənəddə deyilir ki, 0,5 milyon hektar ərazidə tətbiq edilən (buğda, qarğıdalı, pambıq və tərəvəz üçün) mühafizə xarakterli kənd təsərrüfatı (minimum əkin) texnologiyasının mənimsənilməsinə isə nisbətən az – 10,1 milyon ABŞ dolları investisiya yatırmaq lazımdır.

İstinadlar Report