AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Azərbaycanda Türkiyəyə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb
  • “Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir” – RƏY
  • Türkiyədə təxribat xarakterli paylaşımlar edən 18 nəfər saxlanılıb, 5 nəfər həbs edilib
  • Azərbaycanla Macarıstan arasında biznes forum keçiriləcək
  • Səfir humanitar yardımların toplandığı məkana gəlib: “Azərbaycanla Türkiyə yenə də tək ürək olub”
  • Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi
  • Pərviz Şahbazov: “Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib”
  • Səfir: “Heydər Əliyev Fondunun humanitar yardımını daşıyan təyyarə Türkiyəyə gəlir”
  • Göyçayda kişi pilləkəndən yıxılaraq ölüb
  • Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb
  • Azərbaycanda Türkiyəyə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb
  • “Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir” – RƏY
  • Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi
  • Səfir: “Heydər Əliyev Fondunun humanitar yardımını daşıyan təyyarə Türkiyəyə gəlir”
  • Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO
  • Cahit Bağcı: “Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır”
  • Azərbaycan lideri: “Türkiyədə bərpa işlərinə də qoşulmağa hazırıq”
  • Dövlət başçısı: “Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb və ehtiyac olsa, Türkiyədən xəstələri gətirməyə hazırıq”
  • Azərbaycanda ilk geopark yaradılır
  • Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır
  • Cənub bölgəsində Türkiyəyə yardım toplamaq üçün qərərgah yaradılıb
  • ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır
  • Bakıda Türkiyə üçün yardım toplanması davam edir, vətəndaşların böyük fəallığı var
  • Yardıma tələsən qardaş… – Foto
  • Türkiyədən təxliyə edilən vətəndaşlarımızın sayı – Açıqlandı
  • Zəlzələdə 1 azərbaycanlı vəfat edib – Rəsmi
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Dünənki yarışda qəza anı – Video
28/11/2022 12:38
Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO
08/02/2023 16:23
Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”
08/02/2023 14:47
Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video
08/02/2023 13:43
Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video
08/02/2023 13:26
Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video
08/02/2023 12:02
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video
08/02/2023 10:11
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO
08/02/2023 08:32
İskenderun limanında yanğın gücləndi – Video
08/02/2023 02:26
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO
07/02/2023 21:38
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO
07/02/2023 20:16
Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO
07/02/2023 18:20
Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi – Video
07/02/2023 15:38
Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO
07/02/2023 12:01
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO
07/02/2023 11:38
Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO
07/02/2023 10:50
Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video
07/02/2023 01:17

Video xəbərlər

  • Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO
  • Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”
  • Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video
  • Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video
  • Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

08/02/2023
17:23 Azərbaycanda Türkiyəyə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb
17:23 “Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir” – RƏY
17:21 Türkiyədə təxribat xarakterli paylaşımlar edən 18 nəfər saxlanılıb, 5 nəfər həbs edilib
17:19 Azərbaycanla Macarıstan arasında biznes forum keçiriləcək
17:17 Səfir humanitar yardımların toplandığı məkana gəlib: “Azərbaycanla Türkiyə yenə də tək ürək olub”
17:14 Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi
16:53 Pərviz Şahbazov: “Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib”
16:47 Səfir: “Heydər Əliyev Fondunun humanitar yardımını daşıyan təyyarə Türkiyəyə gəlir”
16:44 Göyçayda kişi pilləkəndən yıxılaraq ölüb
16:40 Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb
16:38 Naxçıvan DYP-ə yeni rəis təyin olundu
16:29 Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qızın meyitini çıxarıb
16:23 Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO
16:20 Cahit Bağcı: “Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır”
16:18 “Əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”
16:16 Azərbaycan lideri: “Türkiyədə bərpa işlərinə də qoşulmağa hazırıq”
16:14 8 yaşlı uşağın sevinci dünyada gündəm oldu – Fotolar
16:13 Bakıda hərbi sursat aşkarlanıb
16:11 İlham Əliyev Türkiyəyə yardım məsələlərinin bir mərkəzdən idarə olunması ilə bağlı PA rəhbərinə tapşırıq verib
16:08 Dövlət başçısı: “Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb və ehtiyac olsa, Türkiyədən xəstələri gətirməyə hazırıq”
16:05 Azərbaycanda ilk geopark yaradılır
16:02 Azərbaycan Prezidenti: “Türkiyəyə həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək”
15:56 Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır
15:53 Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib
15:50 Cənub bölgəsində Türkiyəyə yardım toplamaq üçün qərərgah yaradılıb
15:47 Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib
15:41 “Qripə qarşı peyvənd olunun” – Çağırış
15:38 ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərəçəkənlərə yardım toplayır
15:37 Bakıda Türkiyə üçün yardım toplanması davam edir, vətəndaşların böyük fəallığı var
15:31 Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı
15:29 Yardıma tələsən qardaş… – Foto
15:28 Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olub
15:26 Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
15:17 Türk PA-nın binasında bayraqlar yarıya endirilib
15:11 Türkiyədən təxliyə edilən vətəndaşlarımızın sayı – Açıqlandı
15:02 Ərdoğan: “Mövcud çətinliklər yaxın günlərdə aradan qaldırılacaq”
15:01 Zəlzələdə 1 azərbaycanlı vəfat edib – Rəsmi
14:59 Türkiyədə həlak olanların sayı 8500-ü ötdü
14:58 Azərbaycan XİN: “Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub”
14:56 Volodimir Zelenski Böyük Britaniyaya gedib
14:55 İlham Əliyev Türkiyə səfirliyində – FOTO
14:53 Ekspert: “TAP-ın ötürücülük qabiliyyətinin artırılması Aİ-nin qaz ehtiyaclarını ödəməyə kömək edəcək”
14:47 Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”
14:44 Bu mexanizmin tətbiqinə 2024-cü ildən başlanılacaq
14:41 Ermənistanın XİN başçısı: “Rusiya ilə fikir ayrılıqlarımız var”
14:35 “JTI” şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür
14:32 Regional turizm idarələri yaradılır – Fərman
14:29 Prezident dini qurumlara maliyyə yardımı ayırdı
14:26 Vəkillər Kollegiyası zəlzələdən zərərçəkənlərə 1 milyon lirə yardım edib
14:20 XİN sözçüsü: “İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub”
14:17 Türkiyəyə yardım edənlərin nəzərinə! – ƏDV tutulmayacaq
14:12 Piyadalara hava xəbərdarlığı
14:10 Türkiyədə yardım və xilasediciləri qəbul edən hava limanından REPORTAJ
14:07 Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası dəyişib
14:05 Bu gün bir qrup azərbaycanlı Kahramanmaraşdan Azərbaycana təxliyə olunacaq
14:02 Türkiyəyə göndərdiyimiz yardımların həcmi – Açıqlandı
14:01 Ərdoğan zəlzələ bölgəsinə gedib
13:59 Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir gəncin meyitini çıxarıb
13:50 Xankəndi-Laçın yolunda sülhməramlıların media avtomobili maneəsiz keçib
13:50 Qaxda yığılan yardımla dolu ilk “TIR” Türkiyəyə yola düşüb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Dünənki yarışda qəza anı – Video

Multimedia 28/11/2022 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, noyabrn 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarşlarından biri – V 1 Challenge adlı yarış va drift şou keçirilib.

Yarışda yaddaqalan məqamlardan biri də “Volkicar”ın qəzaya uğraması olub. 

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Hadisə 08/02/2023 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Multimedia 08/02/2023 14:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.

“Qafqazinfo”ya açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.

Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.

S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.

Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”

Oxumağa dəyər:   TƏBİB-in tabeliyindəki xəstəxanalarda monitorinqlər aparıldı

S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.

Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Multimedia 08/02/2023 13:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Multimedia 08/02/2023 13:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb. 

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.

Hadisənin videosunu təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Multimedia 08/02/2023 12:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məşhur meyxanaçı Balaəli Maştağalının yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.

Görüntülərdə onun “Range Rover” markalı avtomobili yolun hərəkət hissəsində saxlayaraq mağazaya getdiyi, arxada gələn avtobusa maneə törətdiyi görünür. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, meyxanaçının bu hərəkəti məsuliyyətsizlikdir: “Cəmiyyətdə tanınan şəxslər nümunəvi hərəkət etməlidir ki, digər insanlara məsuliyyətli olmağı aşılasın. Avtobusda gözləyənlər də insandır, onu yersiz gözlətdirən də. Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də Baləli üçün bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir”.

Oxumağa dəyər:   Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı - Video

Polis mayoru bu kimi hadisələrin Bakıda adətən restoranların qarşısında yaşandığını bildirib: “Restoranların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Polis əməkdaşları onları qeydə alıb protokol tərtib edəndə isə, “20 manatdır da, çəkirsən çək” deyir. Təbii ki, bu arzuolunmaz haldır, cəmiyyətin sosial cəhətdən aşağı təbəqəsini qıcıqlandırmaqdır”.

Amin Nəzərli

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Multimedia 08/02/2023 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.

Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir.

Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Hadisə 08/02/2023 08:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İskenderun limanında yanğın gücləndi – Video

Multimedia 08/02/2023 02:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin İskenderun limanındakı yanğın davam edir.

Hatay şəhərinin İskenderun rayonunda ötən gün zəlzələ nəticəsində aşan konteynerlərdə başlamış yanğın hələ də söndürülməyib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO

Multimedia 07/02/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.

Təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.

Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Multimedia 07/02/2023 20:16
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə  nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.

Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla  bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO

Multimedia 07/02/2023 18:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

“Azərsu”dan verilən məlumata görə, Binəqədi qəsəbəsi Fərman Məlikov küçəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının suya olan tələbatı yaxınlıqdan keçən şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. Tikintinin sahibi  texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan qanunsuz istifadə edir. 

Binəqədi kəndində “mal bazarı” kimi tanınan heyvan  kəsimi və satışı obyektində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. İnzibati və maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq obyekt sahibi su satışı müəssisəsi ilə müqavilə bağlamaqdan imtina edir.  

Xocəsən qəsəbəsində yük avtomobillərinin yuyulma məntəqəsinin müqaviləsi və sayğacı olsa da, obyektin istehlak etdiyi suyun bir hissəsi sayğacdankənar çəkilmiş qanunsuz xətt hesabına təmin olunurmuş. Rayon sukanal idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq dəymiş ziyan aktı tərtib edərək həmin xətti ləğv edib. 

Oxumağa dəyər:   Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib 

Binəqədi rayon Sukanal İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirləri  zamanı fərdi sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilinin hər bir mənzilinə qanunsuz şəkildə su xətti çəkildiyi məlum olub. Yaxınlıqdan keçən su xəttinə 32 mm-lik boru birləşdirilərək, içməli sudan qanunsuz istifadə edilirmiş.  

Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, 2022-ci ildə  içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC tərəfindən 10525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Binəqədi rayonunda aşkarlanmış 2106 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 531 min kubmetr sərfiyyat  bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Oxumağa dəyər:   Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi – Video

Multimedia 07/02/2023 15:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu FHN-dən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.




InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Hadisə 07/02/2023 12:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib daha 4 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar.

Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl “Baba” adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Oxumağa dəyər:   Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Hadisə 07/02/2023 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir: “Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Multimedia 07/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.

Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video

Multimedia 07/02/2023 01:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan 20 yaşlı gənc sosial şəbəkədə etdiyi paylaşım sayəsində xilas edilib.

Boran Kubat zəlzələ nəticəsində anası və dayısı ilə birlikdə dağıntılar altında qalıb.

O, bundan sonra dağıntılar altında qaldığını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə paylaşıb. Nəticədə xilasedicilər onun yerini müəyyənləşdirib və hər üç şəxsi xilas edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 08/02/2023 16:23

Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 08/02/2023 14:47

Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Read more
Multimedia 08/02/2023 13:43

Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Read more
Multimedia 08/02/2023 13:26

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Read more
Multimedia 08/02/2023 12:02

Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Read more
Multimedia 08/02/2023 10:11

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Read more
Hadisə 08/02/2023 08:32

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Read more
Multimedia 08/02/2023 02:26

İskenderun limanında yanğın gücləndi – Video

Read more
Multimedia 07/02/2023 21:38

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO

Read more
Multimedia 07/02/2023 20:16

25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Read more
Multimedia 07/02/2023 18:20

Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO

Read more
Multimedia 07/02/2023 15:38

Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi – Video

Read more
Hadisə 07/02/2023 12:01

Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Read more
Hadisə 07/02/2023 11:38

FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Read more
Multimedia 07/02/2023 10:50

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Read more
Multimedia 07/02/2023 01:17

Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video

Read more
Multimedia 07/02/2023 00:05

İməkləyərək dağıntılar altından çıxdı… – Video

Read more
Multimedia 06/02/2023 18:35

Xilasedicilərimiz Türkiyədə – Video

Read more
Multimedia 06/02/2023 17:41

Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – Video

Read more
Multimedia 06/02/2023 17:11

“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” – Video

Read more
Multimedia 06/02/2023 16:59

Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub – VİDEO

Read more
Multimedia 06/02/2023 16:07

Fərdi yaşayış evində partlayış – Video

Read more
Hadisə 06/02/2023 11:50

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, yanğın olub – VİDEO

Read more
Multimedia 05/02/2023 17:20

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Read more
Multimedia 05/02/2023 16:23

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Read more
Multimedia 05/02/2023 12:17

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 05/02/2023 10:50

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Read more
Multimedia 05/02/2023 01:08

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Read more
Hadisə 04/02/2023 12:08

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 20:32

Şadlıq sarayları qiymətləri artırdı – Video

Read more
Hadisə 03/02/2023 15:02

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 12:23

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Read more
Hadisə 03/02/2023 10:29

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 02/02/2023 19:41

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Read more
Multimedia 02/02/2023 15:08

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Read more
Hadisə 02/02/2023 11:35

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla