Sosial şəbəkədə Ordumuzun dünənki antiterror əməliyyatında adı xüsusi keçən Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib. 

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən – doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: “Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”, Ə. Hüseynov qeyd edib.

İstinadlar Qafqazinfo