Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.

Hadisə günorta saatlarında baş verib.

Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti Sərxan Muxtarov şəhid olub, onun sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.

Bu gün Gəncədə şəhid Muxtarovun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

Sonda mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.