Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyası (APA) regional və qlobal problemlərin həlli istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy APA-nın Bakıda keçirilən 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.