“ABŞ və Avropa İttifaqının təzyiq, şantaj və sanksiyalarına baxmayaraq 1 382 xarici şirkətdən 77,6 faizi Rusiyada biznesini bağlamayıb”.

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton və Brüssel özlərini “qamçılayıblar”: “Rusiyaya qarşı sanksiya siyasəti qiymətlərin artmasına, inflyasiyaya və enerji qıtlığına səbəb olub. Xarici şirkətlər isə Rusiya bazarını tərk etmək istəmir. Çünki bu onlar üçün təkcə xərc deyil, həm də qayıtmaq perspektivinin olmaması ilə nəticələnər”.

ABŞ-ın Yel Universitetinin professoru Cefferi Zonnenfeldin hesablamasına əsasən, bu ilin fevral ayından ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Yaponiya və başqa dövlətlərin mindən çox şirkəti fəaliyyətini dayandıraraq Rusiyanı tərk edib. Daha 200-dən artıq müəssisə isə fəaliyyətini dayandırıb.

İstinadlar Report