Talibanın BMT-dəki statusu üzv dövlətlər tərəfindən müəyyən olunur və dəyişməz olaraq qalır.

Bu fikri BMT-nin sözçüsü Stefan Dujarrik Rusiya Ali Məhkəməsinin Talibanın “terrorçu təşkilat” kimi tanınması qərarını ləğv etməsinə münasibət bildirərkən səsləndirib.

Sözçü əlavə edib ki, bu, Rusiya Federasiyasının suveren qərarıdır.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi Talibanın “terrorçu təşkilat” kimi tanınması ilə bağlı əvvəlki qərarını ləğv edib. Bu addım Əfqanıstanın de-fakto hakimiyyəti ilə münasibətlərin normallaşdırılması istiqamətində atılmış simvolik jest kimi qiymətləndirilir.

İstinadlar Report