Rusiya-Ukrayna münaqişəsinin istənilən şəkildə həllində həm Ukrayna, həm də Rusiya Federasiyası iştirak etməlidir. Bu proses beynəlxalq hüquq prinsiplərinə, BMT-nin müvafiq qətnamələrinə və Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyimizə uyğun olmalıdır.

Bunları BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı son günlərdə aparılan müzakirələrdə rəsmi Kiyevin iştirak etməməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirib.

O vurğulayıb ki, BMT Baş katibinin mövqeyinə uyğun olaraq təşkilat münaqişənin sona çatmasına kömək üçün əlindən gələni etməyə davam edəcək:

“Biz Rusiya Federasiyası ilə ABŞ arasında aparılan müzakirələri yaxından izləyirik. Bütün üzv dövlətlər arasında müsbət dialoqu dəstəkləyirik. Lakin hamıya aydındır ki, Rusiya Federasiyası və Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iki daimi üzvü kimi mühüm rol oynayır”.

İstinadlar Report