
BMT Baş katibi paytaxt Dəməşqdə İranın diplomatik korpusunun hədəfə alınmasından ciddi narahatdır.
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.
“Bu səhər İran İslam Respublikasının xarici işlər naziri Baş katibə zəng edib. Baş katib müxtəlif vasitələrlə bütün digər tərəflərlə əlaqə saxlayır. Biz potensial görünən böyük eskalasiyadan çox narahatıq”, – sözçü qeyd edib.