ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq niyyətində deyil.

Bunu Polşa dövlət başçısı Anjey Duda ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizim hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, – Duda bildirib.

Polşa lideri onu da söyləyib ki, o, Ukraynada ən azı hərbi əməliyyatların dayandırılmasını gözləyir: “Fikrimcə, ABŞ Ukraynada müharibənin başa çatması məsələsində çox güclü şəkildə oyuna daxil olub. Nəticədə, həqiqətən də, ən azı hərbi əməliyyatların dayandırılacağını gözləyirəm”.

İstinadlar Report