Dubayın Böhran və Fəlakətlərin İdarə Edilməsi üzrə Ali Komitəsi pandemiya ilə əlaqədar tətbiq olunan və fevralın 2-dən qüvvədə olan hotellərin, ticarət və iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətləri daha bir ay yarım müddətinə uzadıb.

Bu barədə “RİA Novosti” məlumat verib.

Qadağaların Ramazan ayının əvvəlinə – aprelin ortalarına qədər davam edəcəyi ehtimal olunur.

Başlanğıcda gücləndirilmiş tədbirlər fevralın 26-dək nəzərdə tutulsa da, onların təsirlərinin müsbət olduğuna qərar verilib və müddəti uzadılıb.

Beləliklə, aprelin ortalarına qədər Dubaydakı kinoteatrlar, əyləncə və idman obyektləri yenə maksimum 50 %-lik yüklənmə və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə fəaliyyət göstərməyə davam edəcək. Ticarət mərkəzlərinə buraxılan ziyarətçi sayı, eləcə də hotellərdə, hovuzlarda və hotellərdəki özəl çimərliklərdə qonaq sayı obyektlərin tutumunun 70 %-i ilə məhdudlaşacaq.

İstinadlar Report