Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubayın Beynəlxalq Hava Limanı 2024-cü ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb.

Bu barədə əmirliyin hava limanlarını idarə edən “Dubai Airports” şirkətinin press-relizində deyilir.

Qeyd olunur ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

2024-cü ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı ən çox Hindistandan sərnişin qəbul edib – 6,1 milyon nəfər. Siyahıda ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir – müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. “Dubai Airports” ən yüksək sərnişin axını təmin edən ölkələr kimi Pakistanı (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniyanı (1,3 milyon) göstərib.

Şirkətin press-relizinə əsasən, hesabat dövründə hava limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2 % çoxdur. Hava limanının xidmətlərindən istifadə etdiyi ən sıx ay yanvar ayı olub. Həmin ay 7,9 milyon sərnişin xidmətdən istifadə edib.

İstinadlar Report