Fevralın 9-da Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobil yolu keçən piyada Şeydabəy Qəhrəmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Vəfat edən Ş.Qəhrəmanov Dövlət Sərhəd Xidmətinin mayoru olub.

İstinadlar Qafqazinfo