Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

DSX-dən bildirilib ki, zabit, gizir qismində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq arzusunda olan aşağıdakı ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

– Həkim-ümumi cərrah;

– Həkim-otorinolorinqoloq;

– Həkim-epidemioloq;

– Həkim-terapevt;

– Həkim-infeksionist;

– Həkim-rentgenoloq;

– Həkim-statistik;

– Həkim-travmatoloq-ortoped;

– Həkim-anestezioloq-reanimatoloq;

Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

– Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

– Fiziki cəhətdən sağlam olmalı;

– Xidmətə qəbul olmaq istəyənlər Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdır.

Qeyd edək ki, xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

İstinadlar Report