“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib. Sistem “MQ-9 Reaper” zərbə dronu üçün hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, lazer peyk rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli artırmağa imkan verir. Bundan başqa, belə sistemlər siqnalın ələ keçirilmə ehtimalını azaldır.

Bildirilir ki, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən “MQ-9B Reaper” pilotsuz uçuş aparatı əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi üçün istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıyan aparatın maksimal sürəti 482 km/saat təşkil edir.

Sistem hazırda orbitdə olan “LCT135” terminalı bazasında yaradılacaq. O, 1,8 giqabit/saniyə sürətində məlumat mübadiləsini dəstəkləyir, eləcə də informasiyanın 80 km məsafəyə ötürülməsini təmin edir.

Sistemin sınaqları Atlantik okeanda yerləşən Tenerife adasında keçirilib. Testin məqsədi həllin informasiyanı orbitdə olan peykdən pilotsuz uçuş aparatına ötürülməsinin yoxlanılması olub. Digər məlumatlar açıqlanmır.

Oxumağa dəyər:   General: "Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi"

Nizam Nuriyev

İstinadlar ict news