Avstraliyanın şərq sahillərindəki Kvinslend ştatına güclü leysan yağışları yağıb və bu, daşqınlara səbəb olub.

Nəticədə bir çox yol bağlanıb, ştatın cənub-şərqindəki şəhərlərdə parklar bağlanıb, nəqliyyatda ciddi fasilələr yaranıb, insanlar su altında qalan yollarda qayıqlarla hərəkət etməyə məcbur olublar.

Kvinslend meteorologiya xidməti bildirib ki, leysan yağışları dayanır, ancaq bazar günü güclü yağış yağacağı təhlükəsi yenə var.

Qonşu Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları davam etsə də, yağışlar yanğının gücünü xeyli azaldıb. Oradakı insanların əksəriyyəti elektrik enerjisinə həsrətdir, evakuasiya olunan sakinlər isə evlərinin dağılıb-dağılmadıqlarını bilmirlər.

İstinadlar Report