Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə “Qafqazinfo” Xidmətdən məlumat verilib.

Bildirilib ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.


İstinadlar Qafqazinfo