İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Məlumata görə, sənəd UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi və karyera planlaşdırması, qarşılıqlı maraq kəsb edən sahələr, xüsusilə haqsız rəqabət, dövlət satınalmaları, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və digər müvafiq sahələrdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Əməkdaşlıq Memorandumuna Dövlət Xidmətinin nümayəndələrinin ali təhsil müəssisəsinin müəllim-tələbə heyəti ilə görüş çərçivəsində imza atılıb. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, Dövlət Xidmətində UNEC tələbələri üçün istehsalat təcrübəsi və yay təcrübə proqramlarının təşkil olunması, müvafiq sahədə kadr potensialının inkişafına xidmət edən layihələrin icrası və birgə tədbirlərin təşkili imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

İstinadlar Report