FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər keçirib.
DYNX tərəfindən Bakı şəhərinin Səbail və Yasamal rayonlarında qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilib.
Keçirilən monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.