2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 34 mal kateqoriyası üzrə 818 məhsula dair 3 817 təhlükəsizlik parametri müəyyən edib.
Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, qurum laboratoriyaların milli və beynəlxalq standartlara uyğun fəaliyyətinin təşkil edilməsi məqsədilə diaqnostik qiymətləndirmələr aparıb. Təhlillər əsasında qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartları nəzərə alınıb. Müəyyən edilmiş təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan və akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib.