İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Bizim Market”də satılan, “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.

Araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.

İstehsalçı barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstinadlar Report