Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ümumilikdə 124, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşı qəbul edib.
Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.
Bundan başqa, ötən ay vergi orqanlarına ümumilikdə 53 381 müraciət daxil olub ki, onların 96,3 %-ni ərizələr, 3,6 %-ni şikayətlər, 0,1 %-ni isə müxtəlif təkliflər təşkil edib.
Daxil olmuş müraciətlərdən 84,5 %-nin baxılması oktyabrda başa çatdırılıb, 15,5 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 44,2 %-i həll olunub, 54,6 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.