
2024-cü ildə Azərbaycanın vergi orqanlarına ümumilikdə 472 628 müraciət daxil olub.
Bunun 96,1 %-ni ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib.
Müraciətlərin 97,8%-nin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 %-i həll edilib, 44,2 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Şikayətlərin faktiki sayı 13 935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 % azdır. Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları, şəxsi hesab vərəqələri, riskli vergi ödəyiciləri, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), maliyyə sanksiyalarının silinməsi, artıq ödənilmiş ver gilərin əvəzləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.