“İtaliya işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Azərbaycanı dəstəkləyir”.

Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ADA Universitetində keçirilən İtaliya Dizayn Günü çərçivəsində çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərində bir çox şəhərlərin dağıdıldığını, orada yeni – yaşamaq üçün daha rahat olan “ağıllı şəhərlər”in yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

“İtaliya bu işdə öz rolunu oynayır. İşğaldan azad edilmiş əraziləri bərpa edərkən biz ən yaxşı, qabaqcıl təcrübədən istifadə etmək istəyirik. İtalyan həmkarlar bizə dizaynda, eləcə də bərpa prosesində kömək edirlər. Biz artıq bəzi şəhərlərin baş planların hazırlanmasını başa çatdırırıq, daha sonra memarlıq işə başlaya bilər”, – A.Quliyev qeyd edib.

İstinadlar Report