
ABŞ Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır.
Bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə Avropa və Ukrayna nümayəndələri ilə görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ hər iki tərəf qısa müddət ərzində razılaşma əldə etmək istəyərsə, o zaman bu istiqamətdə işini davam etdirəcək.
“Bu müharibəni bitirmənin mümkünlüyünü müəyyən etməli olduğumuz məqama yaxınlaşırıq. Biz bu işi həftələr və aylar ərzində davam etdirmək niyyətində deyilik. İndi çox sürətlə bunun növbəti bir neçə həftə ərzində həyata keçirilə biləcəyini müəyyən etməliyik”, – M.Rubio qeyd edib.
O ABŞ-nin buna kömək etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu vurğulayıb.