Dövlət ittihamçısı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevə iş istəyib.

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı onun 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

İstinadlar Report