Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları üçün Hökumət Ödəniş Portalına alternatov olacaq ödəniş əməliyyatı tətbiq edib.

Məlumata görə, xarici ticarət iştirakçıları yanvardan fəaliyyətini dayandırmış Portal üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını “Elektron hesab səhifəsi”ndə və “Elektron gömrük ödənişləri xidməti”ndə yeni yaradılan “Avans ödənişləri” altbölməsi vasitəsi ilə reallaşdıra biləcəklər.

Tətbiq edilən yenilik bütün ödəniş əməliyyatlarının müxtəlif banklara müraciət etmədən vahid məkandan həyata keçirilməsinə, vaxt itkisinin qarşısının alınmasına şərait yaradacaq.

İstinadlar Report