Hazırda Qarabağda sülhməramlılar lazım deyil.

Bunu “RİA-Novosti”yə Dövlət Dumasını müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar.

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”, – o deyib.

İstinadlar Report