ABŞ Dövlət Departamenti Yaponiyaya “KC-46A” yanacaqdoldurma təyyarələri və əlaqədar avadanlıqların təxminən 4,1 milyard dollar məbləğində satılması barədə müqaviləni təsdiqləyib.
Bu barədə Pentaqonun tərkibinə daxil olan təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi məlumat yayıb.
Yaponiya hökuməti bu tip doqquza qədər təyyarə, həmçinin mühərriklər, radar və silah sistemləri və əlaqəli avadanlıqlar istəyib. Ehtimal olunan razılaşmanın regionda hərbi qüvvələrin yerləşdirilməsində əsaslı dəyişikliklərə səbəb olmayacağı gözlənilir.