ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Xaşoqcinin qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.

Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Səudiyyə hakimiyyəti bütün faktları araşdırmalı və hadisənin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, – deyə məlumatda bildirilir.

İdarədən həmçinin əlavə ediblər ki, Dövlət Departamenti BMT-nin jurnalistin işi üzrə yeni hesabatını araşdırır.

Dövlət Departamentindən qeyd ediblər ki, Xaşoqci işi üzrə yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə gətirib çıxara bilər.

İstinadlar Report