
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda deyilir.
Bəyanata əsasən, USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb: “İndi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil”.
Bundan əvvəl ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu qurumun müvəqqəti rəhbəri ABŞ Dövlət katibi Marko Rubio təyin edilib.