ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişini verib.

Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda həmçinin diplomatik nümayəndəliyin əməkdaşlarının bir hissəsinə icazə verilib.

“Dövlət Departamenti yanvarın 23-də Kiyevdəki səfirlik işçilərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə və Rusiyadan hərbi əməliyyatların davam etmə riski ilə əlaqədar olaraq ailə üzvlərinin ölkəni tərk etməsinə göstəriş verib. ABŞ vətəndaşları kommersiya uçuşlarından və ya digər nəqliyyat vasitəsi formalarından istifadə etməklə oranı tərk etməyi düşünməlidirlər”, – Dövlət Departamentindən bildirilib.

Eyni zamanda, Departamentin yüksək vəzifəli nümayəndəsi xüsusi brifinqdə qeyd edib ki, səfirlik fəaliyyətini davam etdirəcək.

İstinadlar Report