
ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan istənilən vasitədən istifadə etmək hüququnu özündə saxlayır, lakin o, sülhə üstünlük verəcək.
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində deyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ hərbi gücə əl atmamağa və hər şeyi diplomatik yollarla həll etməyə üstünlük verəcək.