
“Vaşinqtonun Kiyevlə bağlamağa ümid etdiyi minerallar sazişi Ukraynadakı münaqişənin həlli prosesi ilə bağlı deyil”.
Bunu “Fox News” telekanalının efirində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
“Bu ayrı bir şeydir və atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi deyil”, – deyə o vurğulayıb.