ABŞ Dövlət Departamenti İtaliyaya 680 milyon dollara elektron mübarizə sistemi və əlaqəli avadanlığın potensial satışına icazə verib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
ABŞ Xarici İşlər Nazirliyi “Electronic Attack (EA)-37B” sisteminin və müvafiq avadanlıqların İtaliya hökumətinə mümkün satışını təsdiqləyib. Amerika tərəfi hesab edir ki, bu sistemin İtaliyada olması onun qüvvələrinə düşmən rabitəsini pozmağa imkan verəcək.