Pekinin hazırkı addımları Tayvan ətrafındakı status-kvonu sarsıdır və həmçinin regionda sülh və sabitliyi təhdid edir.

Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bir az əvvəl qeyd etdiyim hərəkətlər əlavə risklər daşımaqla yanaşı, Tayvan boğazında sülh və sabitliyin təməli olan status-kvonu sarsıtdı. Hal-hazırda gördüklərimiz bu səylərin intensivləşdirilməsinin yalnız ilkin mərhələləri kimi görünür” , – deyə Prays bildirib.

İstinadlar Report