ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.

Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla yetinib.

“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı görüşdən gözləntiniz nədir?”, – deyə jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.

“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”, – mətbuat katibi cavab verib.

İstinadlar Report