Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ öz vətəndaşlarına Venesueladan çıxmağı tövsiyə edir.

Məlumata görə, amerikalılar ABŞ diplomatları respublika ərazisini tərk etdikləri üçün Venesueladan getməlidirlər.

O həmçinin əlavə edib ki, indi Amerika diplomatik nümayəndəliyi Venesueladakı ABŞ vətəndaşlarına konsulluq dəstəyi göstərə bilməyəcək.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelada olan bütün amerikalı diplomatların Bolivar Respublikası ərazisini tərk etdiklərini bildirib.

İstinadlar Report