ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynanı silahla təmin etmir.

Bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə çıxış edib.

Onun sözlərinə görə, söhbət yalnız müdafiə texnikasının tədarükündən gedir.

Prays bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirməyə məcbur etmir.

İstinadlar Report