Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik, lakin təhlükəsizlik sahəsində tərəfdaşlığı genişləndirməyə davam edirik”, – Patel bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq qarşılıqlı sadiqlik və regional marağa əsaslanır.

İstinadlar Report