
ABŞ Dövlət Departamenti ölkənin 30-a yaxın diplomatik missiyanın bağlanması imkanını nəzərdən keçirir.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
ABŞ mətbuatı xaricdəki nümayəndəliklərin və orada işləyən heyətin planlaşdırılan ixtisarı barədə hələ martda məlumat vermişdi, lakin o zaman söhbət təxminən 10 konsulluğun bağlanmasından gedirdi.
Bağlanması planlaşdırılan diplomatik missiyaların bir çoxu Avropa və Afrikada yerləşir. Söhbət Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadan gedir. ABŞ-nin bu ölkələrdəki səfirliklər bağlana bilər. Sənəddə həmçinin Somalidəki səfirliyin və Bağdaddakı Diplomatik Dəstək Mərkəzinin tamamilə bağlanması və ya işçilərinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi təklif olunur.