
ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəş sistemlərinin (MLRS) və digər silahların mümkün satışına icazə verib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-ın xarici siyasət idarəsi “M142 HIMARS” reaktiv yaylım atəş sistemlərinin və müvafiq avadanlığın Polşaya təxminən 10 milyard dollara mümkün satışını təsdiqləyib.