Dövlət başçısı: “Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir” – VİDEO

“Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.
“Azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”, – dövlət başçısı vurğulayıb.
Fərman buna görə gəmidə qalıbmış… – Video

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb.
Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək.
Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov “XəzərXəbər”ə açıqlama verib.
Onun sözlərinə görə, Fərman İsmayılov 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.
Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq, sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.
Bakıda yaşayış binasında yanğın – Video

Bakıda yaşayış binasında yanğın baş verib.
Hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Qadağanın son günündə Ələt postunda tıxac – Video

Sabahdan etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postların ləğv ediləcəyi səbəbindən Bakıya girişdə böyük tıxac yaranıb.
Həmin görüntüləri təqdim edirik:
Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar

Şuşalılar artıq Şuşaya qayıdır… 28 ildən sonra Azərbaycanın qəhrəman oğullarının əfsanəvi döyüşü nəticəsində düşmən tapdağından azad edilən Şuşada bu gün şuşalılar addımlayır. Artıq iki məşhur Şuşalı öz yurduna qayıtdı.
“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünən Şuşaya səfər ediblər.
Atası Bülbülün ev muzeyinə baş çəkən səfir həyətlərindəki 150-yə yaxın yaşı olan ağacı qucaqlayaraq “bu ağaca atamın əlləri dəyib” deyərək kövrəlib. Daha sonra Vətən torpağını əllərinə sürtərək hələ də azad Şuşada olduğuna inanmağın çətin olduğunu deyir.
Polad Bülbüloğlu azad Şuşada ilk dəfədir olur, amma Şuşa düşmən işğalında olanda iki dəfə 2007 və 2009-cu illərdə o, Bülbülün evini ziyarət edə bilib. İndi isə Bülbülün evi muzey olacaq. Səfir özü ilə memar da gətirib və bərpa üçün ilkin hesablama işləri aparılıb.
Polad Bülbüloğlu deyir ki, atasının evini ziyarət edərkən keçirdiyi hisslər sözlə ifadə ediləsi deyil:
“Mən xoşbəxtəm. Allah dua edirəm ki, ölmədim bu günü gördüm. Mənim də yaşım çoxdur, ola bilərdi ki, bu günü, qələbəni görməyə bilərdim. Mən xoşbəxt adamam ki, Azərbaycan xalqının qələbəsini də gördüm, azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bu gün mən buradayam. Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycanındır! Cənab Prezident bu günləri, bu anları, bu sevinci bizə bağışlayıb”.
P.Bülbüloğlu və Şəmsi Bədəlbəylinin nəvəsi Fərhad Bədəlbəyli daha sonra Şuşanın mərkəzində yerləşdirilən “Güllələnmiş heykəllər”i ziyarət edib. Səfir Şuşanın işğalından sonra ermənilər tərəfindən metallom kimi satılan həmin heykəlləri Heydər Əliyevin tapşırığı ilə necə əldə etdiyindən danışıb.
Bundan sonra məşhur şuşalılar Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinə baş çəkərək Azərbaycan xalqı, Azərbaycan əsgərləri üçün dua ediblər. Onlar, həmçinin Vaqifin məqbərəsini ziyarət ediblər.
Ardınca Cıdır düzündən Topxana meşəsinə baxıb Azərbaycanın Qüdsü, Kəbəsi olan Şuşanın havasını ciyərlərinə çəkərək qürurla doğma yurda qalib xalqın nümayəndəsi kimi, məğrur şuşalı kimi qayıtdıqlarına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib.
Konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli sərəncamına müvafiq olaraq belə bir təşəbbüs irəli sürülüb:
“Layihə “İstiqlal zirvəsi adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz bir millət, iki dövlətik. Konsepsiyanın özəlliyi ondadır ki, qeyri-adi formatda hazırlanıb. Layihədə elə texnologiyalardan istifadə olunacaq ki, dünyada bunun analoqu olmayacaq. Bildirim ki, konsepsiya milli atributlarımızı özündə əks etdirir. Muzey həm yerli, həm də xarici turistlər üçün nəzərdə tutulub. Hələ ki biz bunu konsepsiya olaraq ictimaiyyətə təqdim edirik. Buna görə də onun maliyyə tutumunu indidən demək mümkün deyil. Layihə təsdiqlənərsə, onun tikintisi həyata keçiriləcək. Muzey eyni anda 350-500-ə yaxın insan qəbul etmək gücündə olacaq”.
Qeyd edək ki, layihə müəllifi tərəfindən təqdim edilən konsepsiya “İstiqlal Zirvəsi” adlanır. Kompleks milli atributlarımızdan olan və türk dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz, ultramüasir, çoxmərtəbəli bina şəklində layihələndirilib. Kompleksin paytaxt Bakı şəhərinin ən yüksək yerində Teleqüllənin qərb istiqamətində tikilməsi planlaşdırılır. Landşaftın dairəvi formada olması gələcəkdə 8 Noyabr Zəfər marşı üçün hərbi zirehli texnikanın və insan kütləsinin bayram etməsinə kömək edə bilər. Kompleksin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan birliyini əks etdirən gerb Azərbaycanın bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları əks olunacaq. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq. Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşaiət olunacaq
30 metr hündürlüyündə olan Əbədi məşəl dünyanın ən böyük məşəli olacaq. Muzeydə həmçinin Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, Xocalı soyqırımı və 20 Yanvar qətliamı ilə bağlı zallar olacaq.
Xüsusi texnologiyalardan sayılan “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş Xocalı zalına xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək.
7D sinema Zəfər muzeyinin Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilməsi nəzərdə tutulur. Beləliklə xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və “Real Time” izləyəcək. Bu format layihə dünyada bir yenilikdir.
Kompleksdə həmçinin smart muzey, smart kitabxana, smart rəsm qalereyası, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqların olması da planlaşdırılır.
Smart muzey elektron və vizual tablolarla təchiz ediləcək. Hərbi sənaye zalında isə hərbi texnikalarımızdan ibarət sərgi zalı olacaq.
Muzeydə həmçinin istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün də zalların olacağı bildirilib.
Füzulinin Aşağı Veysəlli kəndi – Video

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndinin videogörüntülərini yayımlayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Bu da Kəlbəcərin Qamışlı kəndi – Video

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib – VİDEO

Ermənistanın işğalından azad edilən rayonlarda yerləşən Azərbaycan Ordusunun təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
“Report” xəbər evrir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara zəruri ərzaq məhsulları göndərilib.
2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçular üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.
Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
Ayaqqabısında qızıl sikkələr keçirən şəxs saxlanıldı – Video

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub.
DGK-dən “Qafqazinfo”ya bildirilib ki, ərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb. Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.
Aparılan şəxsi yoxlama zamanı Bayramov Tural Fikrət oğlunun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib.
Sikkələrin ümumi çəkisi 677 qram olub.
Faktla bağlı araşdırma aparılır.
Cəbrayılın Aşağı Maralyan kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər hazırlayıb.
“Report” həmin görüntüləri təqdim edir.
“Tik-Tok”da narkotiki təbliğ edən şəxs həbs olundu – Video

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib
Saxlanılan C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Polislər karantini pozub məclis təşkil edib? – DİN-dən açıqlama – VİDEO

Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.
DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Həmin görüntülər Quba rayon Polis Şöbəsində araşdırılıb.
Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi”.
Şahbaz Quliyevin anası vəfat etdi – VİDEO

Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.
Bu mərhumun oğlu İlham Quliyev məlumat verib.
Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.
Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şabhaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörünrülər də yayılmışdı.
Sərhəddən 38 ədəd “iPhone 12” keçirmək istədi – Video

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Darənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə soya yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsində, yük yerində olan soya yükünün altında qara rəngli sellofan torbalarda 38 ədəd “Iphone 12” markalı mobil telefon, 27 adda – 13 642 konvalyut, 2 432 qutu, 184 flakon, 20 ədəd müxtəlif markalı dərman preparatları, 6400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin baxın
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi – Video
Bu ixtisas qruplarına Vətən müharibəsi ilə bağlı suallar salınacaq – Video
“HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sisteminin fəaliyyəti ilə bağlı müsahibə – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla