“Bizim qələbəmizin nəticələrindən biri o oldu ki, bu gün artıq 1990-cı illərin əvvəlində müharibəyə nəyin səbəb olması, işğalın nəticələrinin nədən ibarət olması, işğalçıların zəbt etdikləri ərazilərdə nələr törətməsi barədə heç kəsin şübhəsi yoxdur. Buna görə də həm beynəlxalq hüquq, həm Qarabağın Azərbaycana mənsub olması barədə tarixi həqiqət, həm də bu gün beynəlxalq kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların əyani şəkildə gördükləri bizim haqlı olduğumuzu bir daha sübut edir. Biz 30 il ərzində bunu sübut edirdik və son nəticədə döyüş meydanında işğalçıları müqəddəs torpaqlarımızdan qovaraq silah gücünə bunu sübut etdik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən deyib.