Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. Onun sözlərinə görə, həmin şəxs Anar Rzayevdir.

Qeyd edək ki, A. Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub.

O, 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.