Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılova hökm oxunub.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E. Əliyev atası İbrahim Əliyevi aldadıb əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Atasının cinsi azlıq üzvü olması və kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu öyrənəndən sonra dostlarına onu öldürməyi sifariş verib. Vəlican həmin evin içində gizlənərək Elməddinin atasını gözləyib, Nəcməddinlə Elməddin isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimi baltayla vurub, sonra isə bir neçə dəfə bıçaqlayıb. Onun öldüyünə əmin olduqdan sonra Pirallahıya gedib benzin alıb qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üstünə benzin tökərək evlə birgə yandırıblar.

Oxumağa dəyər:   Daşkəsəndə maşın dərəyə aşdı, sürücü öldü

Məhkəmədə isə hər üçn şəxs özlərini təqsirli bilmədiklərini deyiblər. Elməddin atasını Vəlicanın öldürdüyünü, Vəlican isə Elməddinin öldürdüyünü deyib. Nəcməddin isə ümumiyyələt hadisə baş verən yerdə olmadığını, sadəcə sonradan İbrahim kişinin öldürüldüyünü bildiyini deyib.

İstinadlar Qafqazinfo