“Azərbaycana səfərimiz çərçivəsində DOST mərkəzlərindən birində olduq, fəaliyyəti ilə tanış olduq. Buradakı xidmətlər nümunəvidir”.

Bu sözləri ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik nazirinin müavini Katalin Bobok Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında bildirib.

O qeyd edib ki, DOST mərkəzləri, vahid platformadan, müasir və çevik xidmətlər, innovativ yeniliklər – həqiqətən unikal bir layihədir: “Əhaliyə xidmətlər sahəsində DOST təcrübəsini öyrənməkdə maraqlıyıq. İstərdik ki, bu təcrübəni öyrənək və tətbiq edək”.

O bildirib ki, həmçinin dayanıqlı sosial inkişaf, pensiya, əmək bazarı, işçi qüvvəsi, sosial sahədə dəstək proqramları, sosial müdafiə siyasəti üzrə iki ölkənin təcrübə mübadiləsi faydalı olacaq və vətəndaşların rifahına töhfə verəcək.

İstinadlar Qafqazinfo