Ötən gün Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbələri nəticəsində azərbaycanlı iş adamının da əmlakı zərər görüb.

Zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

Rusiyanın “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.

İnsanların hələ də dağıntılar altında qald;]; ehtimal olunur.

Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunub.

İstinadlar Report